Sabah Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi bazlayacaq

img

09-11-2009 [02:02]


Sabah Milli Məclisinin plenar iclasında ?2010-cu ilin dövlət büdcəsi haqqında? qanun layihəsinin müzakirəsi başlayacaq. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dövlət büdcəsi layihəsinin müzakirəsi noyabrın 10-13-də Milli Məclisdə müzakirə ediləcək. Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində nəzərdə tutulub.Gələn ilki büdcənin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılıb. Ötən ilin büdcəsinə nisbətən gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalması müşahidə olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA