Azərbaycanda ?Donuz qripi?nə yoluxanların sayı sürətlə artmaqdadır; ölkədə karantin elan edilə bilər

img

09-11-2009 [01:35]


?Azərbaycanda ?Donuz qripi?nə yoluxanların sayı rəsmi statistikada göstərilənlərdən çoxdur. Bu faktların rəsmi statistikada gizlədilməsinin səbəbini anlaya bilmirik. Bunu ictimaiyyətdən gizlətmək yox, əksinə, həyəcan təbili çalmaq lazımdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə adının çəkilməsini istəməyən xəstəxanalardan birinin həkimi deyib. Onun sözlərinə görə, bu qorxunc virusa qarşı aparılan mübarizə yetərli deyil və virusa yoluxma halları bölgələrdə daha geniş vüsət almaqdadır: ?Kürdəmirdə, Masallıda və başqa bölgələrdə də bu virusa yoluxanların olduğu bildirilir. Ukrayna, İngiltərə, Türkiyə və s. ölkələrdən Azərbaycana gələnlərdə də bu vürus aşkarlanmaqdadır. Ona görə də həyəcan təbili çalmağın, ölkədə karantin elan etməyin vaxtı çatıb?. Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Sektorundan verilən məlumatda isə bildirilir ki, Azərbaycanda ?Donuz qripi?nə daha 8 nəfər yoluxub. Onlardan 3-ü Ukraynadan, 1-i Türkiyədən gəlmiş Azərbaycan vətəndaşları, 1-i İngiltərədən gəlmiş xarici vətəndaş, digər 3-ü isə Ukraynadan gələnlərdir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, ?Donuz qripi? adi qripdən çox da fərqlənməyən qrip növüdür: ?Bu xəstəliyə görə, əsəb və gərginlik keçirməyə əsas yoxdur. ?Donuz qripi?nə daha 8 nəfər yoluxub. Xəstələrdən 2-si xəstəxana şəraitində, digərləri isə ambulator şəraitdə müalicə alırlar. Bütün xəstələrin vəziyyəti kafidir. Əvvəlcədən Ağ Ciyər Xəstəlikləri İnstitutunda yerləşdirilmiş 2 xəstədən birinin vəziyyəti artıq yaxşıdır, nəzərdə tutulub ki, həmin xəstə evə buraxılsın. Digər bir xəstənin vəziyyəti isə stabildir?. S.Məmmədovanın sözlərinə görə, ?Donuz qripi?nə yoluxmuş xəstlərin sayını Səhiyyə Nazirliyi gizlətmir: ?Səhiyyə Nazirlyinin xəstələrin sayını gizlətməkdə heç bir marağı yoxdur. Səhiyyə Nazirliyi olaraq, maraqlıyıq ki, əhali bununla bağlı ətraflı məlumat ala bilsin?. Səhiyyə Nazirliyinin sözçüsü apteklərdə respirator çatışmazlığı ilə əlaqədar deyib ki, əgər hər hansı bir aptekdə respirator (maska) yoxdursa, bununla bağlı Səhiyyə Nazirlyində yaradılmış ?Qaynar xətt? vasitəsilə bizə müraciət etsinlər: ?Qaynar xətt?in əlaqə nömrəsi 012 -596-07-12-dir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA