Səfər Əbiyev MDB müdafiə nazirlərinin iclasında iztirak etmək Tacikistana gedib

img

09-11-2009 [12:15]


Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda MBD çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Noyabrın 11-dən isə müdafiə naziri Səfər Əbiyevin Tacikistan Respublikasına rəsmi səfəri başlayır. Görüşlərdə ikitərəfli hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA