10 ay ərzində DSMF-in fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 15,3 faiz artıb

img

09-11-2009 [11:47]


Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 15,3 faiz artıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 1196 nəfər əcnəbi vətəndaş uçota alınıb və beləliklə də fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 833 nəfərə çatıb. Ümumilikdə 83 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir- 4520 nəfər. 10 ay ərzində diğər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə olunub. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1196 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 537 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (242 nəfər), Hindistan (195), Çin Xalq Respublikası (93), Ukrayna (74), Pakistan İslam Respublikası (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (68), Malayziya (63), Qazaxıstan (62), Özbəkistan(59), Türkmənistan (46), Almaniya (44), İtaliya (42), ABŞ (32) və s. ölkələr gəlir. Qeyd edək ki, DSMF tərəfindən prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı?na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün tədbirlər görülməkdədir. Bu tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir. Bununla yanaşı xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsinin gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır, bu ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı məqsədilə sistemlərin qarşılıqlı öyrənilməsi istiqamətində işlər görülür. Onu da bildirək ki, ölkəmizdə Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə 2006-cı ilin yanvarın 1-dən başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA