Zərdab sakinində "donuz qripi" virusu tapılmadı

img

08-11-2009 [06:03]


Bu gün "donuz qripi" simptomları ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 44 yaşlı rayon sakininin analizinin nəticələri açıqlanıb. ET Ağciyər Xəstəlikləri İnstitutu rayon sakinində A/H1N1 virusunun olmadığını müəyyən edib. "Donuz qripi" diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxs həyat yoldaşı ilə təmasda olduğundan, qadın hər ehtimala qarşı klinikada müayinə edilib. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti normaldır. Xatırladaq ki, Rusiyanın Novorossiysk şəhərində yaşayan bu şəxs Ukraynaya gedib və orada qaldıqdan bir müddət sonra noyabrın 5-də Azərbaycanın Zərdab rayonuna qayıdıb. Onda yüksək hərarət müşahidə olunduğundan dərhal xəstəxanaya yerləşdirilərək, qaz analizi götürülüb. Son günlərdə Azərbaycanda bu virusa 3 nəfər yoluxub. Artıq ötən gündən Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri, xüsusilə də uşaq poliklinikaları A/H1N1 virusu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA