Bakıda ?Dinlərarası dialoq: qarızılıqlı anlazmadan birgə əməkdazlığa doğru? mövzusunda beynəlxalq konfrans keçirilib

img

07-11-2009 [05:25]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və QMİ sədri postunda fəaliyyətinin 30 illiyinə həsr olunmuş ?Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru? mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans dünən öz işini başa çatdırıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Təzəpir məscidində keçirilən konfransa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov sədrlik edib. Tədbirdə dünyanın 30-a yaxın ölkəsinin nümayəndəsi, din xadimləri, ruhanilər iştirak edib. Konfransın keçirilməsində məqsəd dinlər arasında münasibətlərin yaxşılaşdırılması, millətlər arasında qarşıdurmaların aradan qaldırılmasına yardım etmək olub. Konfransda Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Tolqat Tacuddin çıxış edib. O öz çıxışında bütün insanların və cəmiyyətlərin dialoq şəraitində yaşamasının vacib olduğunu deyib: ?Amma təəssüf edirik ki, bu gün biz hələ də dialoqa hazır deyilik. Bu gün ənənəvi dinlərin dialoq və əməkdaşlıq mühitində yaşamasına böyük ehtiyac var. Həmçinin həm sünnü, həm də şiələrin qarşılıqlı anlaşması mühümdür. Necə ki, biz bunu Azərbaycanda, Qafqazda görürük. Bu gün bütün müsəlmanlar eyni problemləri yaşayırlar və biz birgə hərəkət etməliyik?. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin konfransda çıxış edərək şeyxin Qarabağ problemi, Qafqazda sülh və sabitlik üçün göstərdiyi təşəbbüslərin təqdirəlayiq olduğunu deyib: ?Dinlər və xalqlar arasında münaqişələrin olmaması bizim üçün çox vacibdir?. Gürcüstan katolikosu, patriarxı II İlya isə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına ümid etdiyini bildirib: ?Əgər biz Qafqazda sülh istəyiriksə, o zaman ərazi bütövlüyünə nail olmalıyıq. Sülhdən danışanda onu da düşünməliyik ki, bunun üçün birinci növbədə ədalət olmalıdır. Ədalət olmadan isə sülh mümkün deyil?. Tacikistan prezidenti yanında İslam Araşdırmalar Mərkəzinin rəhbəri Nurədullah Dövlətov Tacikistan prezidenti İmoməli Rəhmonun Allahşükür Paşazadəyə təbrik məktubunu oxuyub. Konfransda Küveytin vəqflər naziri Adil əl Fəlah, İran prezidenti Mahmud Əhmədnejdatın nümayəndəsi Ayətullah Muhamməd Əli Təsxiri, Türkiyə Diyanət İşləri İdarəsinin təmsilçisi Mehmet Yemin Özafşar, Səudiyyə Ərəbistanı Krallığının nümayəndəsi Əbdürrəhman əz-Zeyid də çıxış edərək Allahşükür Paşazadəyə öz təbriklərini çatdırıblar. Sonda 25 ölkə nümayəndələrinin iştirakı ilə yekun qətnamə imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA