ilham Əliyev Dağıstandan prezidentinin bazçılıq etdiyi nümayəndə heyətini qəbul edib

img

06-11-2009 [05:17]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib. Prezident Muxu Əliyev bildirib ki, yenidən qardaş Azərbaycana baş çəkmək imkanının yaranması onun üçün çox xoşdur. O, Dağıstan ilə Azərbaycan arasında ən səmimi əlaqələrin olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA