Azərbaycanda donuzların saxlandığı yerlər nəzarətə götürüldü

img

06-11-2009 [03:59]


?Azərbaycanın rayonlarında H1N1 virusu ilə əlaqədar donuzların saxlanıldığı yerlər nəzarət altına götürülüb?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib. Onun sözlərinə görə, ölkədə cəmi 6500-7000 donuz saxlanılır ki, hazırda onları saxlayan və qulluq edən insanlara heyvanlarla birbaşa təmas etməyə icazə verilmir. O həmçinin qeyd edib ki, bununla bağlı ölkənin bütün ərazisində donuz təsərrüfatı ilə məşğul olan yerlərə xəbərdarlıq edib. Daha sonra ?quş qripi? ilə bağlı məlumat verən rəis bildirib ki, ölkədə ?donuz qripi? təhlükəsi olmasına baxmayaraq bu məsələ də gündəmdədir və mütəmadi olaraq bölgələrdə monitorinqlər aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA