Bakıda yüzlərlə insanın həyatı təhlükədədir

img

06-11-2009 [02:59]


Bakı daha bir bina uçması faciəsi ilə sarsıla bilər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu dəfə itki 10-15 deyil, yüzlərlə olacaq. Özü də şəhərin mərkəzində, Atatürk prospekti 39 ünvanında yerləşən bina uçmaq təhlükəsi ilə üzləşib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevə, Fövqəladə hallar naziri Kamaləddin Heydərova, Daxili dşlər naziri Ramil Usubova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova, Baş prokuror Zakir Qaralova, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova edilən müraciətlərində həmin bina sakinlərinin çarəsiz qaldıqları görünməkdədir. Belə ki, əslən İrandan olan Əsbənd Sadıxov adlı şəxs bu binadan bir qədər aralıda 3 mərtəbəli tibb mərkəzi ucaldır. Sakinlərin Müstəqil İnformasiya Agentliyinə verdikləri məlumata görə, Nərimanov rayon Bələdiyyəsinin sədrindən aldığı qeyri-qanuni sənədlə bu şəxs həmin ərazidə təhlükəli vəziyyət yaradıb. Sakinlər bildirirlər ki, binanın özülü qazıldığından bəri evlərində ciddi çatlar əmələ gəlib. Eyni zamanda 3 mərtəbəli tibb mərkəzi tikildiyi təqdirdə, 16 ailə gün işığına həsrət qalacaq və normal yaşayış imkanlarından məhrum ediləcəkdir. Binada yaşayanlar onu da qeyd edirlər ki, Əsbənd Sadıxov həmin binada yaşamadığı halda, oranı iki il əvvəl Nərimanov rayon Bələdiyyəsinin sədrindən icarəyə götürüb və həmin müqavilədə göstərilir ki, o, həmin yeri abadlaşdıracaq. Bu gün isə nəzərdə tutulan yerdən də 10 metr kənara çıxaraq, həmin ərazini və həmin ərazidəki yaşıllığı məhv edib. Əsbənd Sadıxov Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yol kənarındakı əyilmiş iki ağacı kəsmək üçün aldığı icazə məktubu ilə 10-dan çox 30-40 illik ağacları kəsərək, binanın önündəki yaşıllığı məhv etmişdir. Kəsmək üçün icazə aldığı ağaclar isə hələ də öz yerindədir. Sakinlər bildirirlər ki, onlar dəfələrlə Nərimanov rayon İcra Hakimiyyətinə və Bələdiyyəyə müraciət etsələr, Bakı meriyasının qapısını döysələr də, Əsbənd Sadıxov bu qurumları ?susdurub?. Hətta Nərimanov Bələdiyyəsinin sədri sakinlərin nümayəndəsinə ?Əsbənd mənim qardaşımdır?,- deyə, hədə-qorxu gəlib. Nəticədə Əsbənd Sadıxov yaşıllıqları məhv edərək, 39 saylı binanı qəza şəraitinə salmaqdan da çəkinməyərək, tibb mərkəzinin özülünü atmağa davam edir. Heç kimlə hesablaşmayan sahibkar ona etiraz edənləri təhqir etməkdən də çəkinmir və ?istəyirsiniz Prezidentə deyin, mən bu binanı tikəcəyəm?,- deyə, sakinləri hədələyir. Sakinlər isə yüksək dövlət məqamlarına müraciət edərək, Azərbaycan qanunlarını tapdalayan, insanların həyatını təhlükəyə atan və qaçqın-köçkün dinləmədən hamıya qarşı sanki Azərbaycanın sahibiymiş kimi davranaraq, heç kimlə hesablaşmayan İran əsilli şəxsin zülmündən xilas edilmələrini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA