Xarici izlər Nazirliyi ölkə vətəndazlarına ?donuz qripi? ilə bağlı xəbərdarlıq edib

img

06-11-2009 [02:34]


Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) ölkə vətəndaşlarına A/H1N1 virusuna (?donuz qripi?) yoluxma fəallığının artdığı Ukraynadakı vəziyyət ilə əlaqədar olaraq xəbərdarlıq edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən XİN sözçüsü Elxan Poluxov bildirib ki, Azərbaycan vətəndaşlarına yaxın müddətdə mümkün olduğu qədər bu ölkəyə səfər etməmək və ehtiyatlı olmaq tövsiyyə olunur. Ukraynada hazırda daimi və ya müvəqqəti yaşayan vətəndaşlara təhlükəsizliklərini təmin etmək üçün lazımı tədbirlər görmək tövsiyyə olunur. Bildiyiniz kimi, ötən həftə Ukraynada qrip epidemiyası elan olunub. Müxtəlif məlumatlara əsasən, sözü gedən epidemiyadan 90 nəfər həlak olub. Üçü ölümlə nəticələnən hal olmaqla A/H1N1 virusuna 17 yoluxma halı qeydə alınıb. Xəsətlik əsasən Ukraynanın qərbində qeydə alınır, lakin qripin və KRVİ-nın (kəskin respirator virus infeksiyaları) digər regionlarda da yayılması haqqında məlumatlar daha çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA