?internet qiymətlərinin azağı salınması provadyerlərin izinə xələl gətirə bilər?

img

06-11-2009 [01:18]


?Bu gün Azərbaycanda internet qiymətləri regionla ümumi qiymətdən aşağıdır. Bizim hesablamalar göstərir ki, Nazirlik tərəfindən internet qiymətlərinin bir qədər də aşağı salınması artıq provadyerlərin işlərinə müəyyən qədər xələl gətirə bilər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda internet qiymətlərinin aşağı salınması məsələsinə münasibət bildirərkən deyib. Nazirin sözlərinə görə, bu gün internetdə yeni dalğa başlayıb: ?Bu da geniş zolaqlı çıxışın həyata keçirilməsidir ki, bu barədə bizim problemlərimiz var. Burada provadyerlər tərəfindən müəyyən investisiyalar tələb olunur. Ona görə də onların bu investisiyada problemlərlə üzləşəcəyini nəzərə alaraq, adminstrativ resurslardan istifadə etmək fikirlərmiz hələki yoxdur?. Ə.Abbasov onu da bildirib ki, rəqabət nəticəsində internet qiymətlərinin zaman-zaman aşağı düşməsi davam edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA