Vasif Talıbov 50 nəfərə avtomobil bağızladı

img

05-11-2009 [07:48]


Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş 38 nəfərə, 1941-1945-ci illər müharibəsi iştirakçılarından 10 nəfərə, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın aradan qaldırılmasında iştirak etmiş 2 nəfərə ?Tavriya? markalı avtomobil verilib. Təqdimat mərasimində Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov xatırladıb ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda fiziki sağlamlığını itirərək əlil olmuş şəxslərə - müharibə əlillərinə 2007-ci ildə 40, 2008-ci ildə 30 ?OKA? markalı avtomobil verilib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov öz xidməti borclarını yerinə yetirərkən əlil olmuş hərbi qulluqçulara avtomaşın verilməsini əlamətdar hadisə adlandıraraq deyib ki, öz sağlamlığını itirmiş 50 nəfərə rahat hərəkət edə bilməsi, muxtar respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etməsi üçün bu gün avtomaşınların açarları verilir: ?Bu kateqoriyadan olan vətəndaşların avtomobillə təmin edilməsi ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi, ulu öndərimizin insanlara qayğı siyasətinin davam etdirilməsinin nəticəsidir. Bu, eyni zamanda, Prezidentimizin ?Müstəqil Azərbaycanın ən qiymətli sərvəti onun insanlarıdır? devizinin prinsipləridir. Əhalinin elə bir təbəqəsi yoxdur ki, onlar dövlət qayğısından kənarda qalsınlar. Muxtar respublikamızda qayğıya ehtiyacı olan insanların problemlərinin həlli məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi, Ailələrə Dəstək Mərkəzi, Ahıllar Mərkəzi fəaliyyət göstərir. Gözdən əlillər üçün isə yeni mərkəzin tikintisinə başlanılmışdır?. Sonra Ali Məclisin sədri əlilləri təbrik edib və avtomobillərin açarlarını təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA