Azərbaycanda daha iki nəfərdə "donuz qripi" virusu azkarlandı

img

05-11-2009 [07:39]


Bu gün Azərbaycanda daha 2 nəfərdə "donuz qripi"- A(H1N1) virusuna yoluxmuş aşkar edilib. Səhiyyə Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, xəstələrdən biri Ukraynanın İvanovo-Frankovsk vilayətində bu xəstəliyə yoluxan soydaşımızla təmasda olan qohumudur. Hazırda xəstə Elmi-tədqiqat Ağciyər Xəstəlikləri institutunda müalicə alır. Onun vəziyyəti kafidir. Digər xəstə noyabr ayının əvvəlində Ukraynadan gələn Azərbaycan vətəndaşıdır. Xəstənin vəziyyəti kafidir, ambulator şəraitdə müalicə alır. Bununla da Azərbaycanda bu virusa yoluxanların sayı 3 nəfərə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA