Dalğa Gənclər Hərəkatı Beynəlxalq Respublikaçılar institutunun fəaliyyətinin dayandarılmasını istəmir

img

05-11-2009 [06:03]


Dalğa Gənclər Hərəkatı Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycanda fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, Hərəkat bəyan edirik ki, Azərbaycanda uzun müddət fəaliyyət göstərən Amerika Birləşmiş Ştatların Beynəlxalq Respublikaçılar İnstitutun Bakı ofisinin fəaliyyətini dayandırmasını istəmirlər. Biz qeyd etmək istəyirik ki, Beynəlxalq Respublikaçılar İnstitutu Azərbaycanda gənclərin ictimai-siyasi maariflənməsində, şəxsi keyfiyyətlərin inkişafına yönəlmiş fəaliyyət göstərir, daim gənclərə dəstək olur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin qurulmasında digər beynəlxalq təşkilatlarla bərabər Beynəlxalq Respublikaçılar İnstitutunun da əməyini qiymətləndiririk. Daha çox gənclərlə fəaliyyət göstərən bu qurum Azərbaycan gənclərini ölkəmizdə baş verən demokratik quruculuğa dəstək verir . Bu dəstək Beynəlxalq Respublikaçılar İnstitutunu həm hakim partiya gənclərini, həm müxalifət partiyalarının gənclərini, həm də müstəqil fikirli təşkilatların gənclərini bir masada toplayırdı. Beynəlxalq Respublikaçılar İnstitutunun tədris etdiyi ?Liderlik, Nüfuz, Strategiya və Təşkilati Quruculuq?, ?İctimaiyyətlə Əlaqələr?, ?Könüllülük?, ?Gənclərin Seçkilərdə Fəallığının Artırılması? və s. kimi mövzular bizim üçün və digər gənclər üçün gələcək fəaliyyətinin gücləndirilməsinə xidmət edirdi. 5 noyabr 2009-cu ildə Dalğa Gənclər Hərəkatının Qurultaya Hazırlıq üzrə Komitəsi toplanaraq bu qərara gəlmişdir: Ölkəmizdə fəaliyyət göstərən digər gənclər təşkilatlarında bu məsələyə diqqətinin yönəlməsinə çalışacağıq. Hər kəsdən, xüsusi ilədə gənclərdən Beynəlxalq Respublikaçılar İnstitutunun bağlanmasına qarşı müxtəlif etirazlar etməsinə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA