Təqaüdə göndərilən general həbs olunmaq təhlükəsiylə üzləzib

img

05-11-2009 [05:35]


Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda yerləşən hərbi birləşmənin (korpus) komandiri general Mahmud Həmzəyev təqaüdə göndərilib. Müstəqil İnformasiya Agentliyinə (MİA) daxil olan məlumata görə, M.Həmzəyevin ?vurulması? rəhbərlik etdiyi korpusda son dövrlər baş verən neqativ hallarla bağlıdır. Ordudakı mənbə MİA-ya deyib ki, generalla bağlı bu günə kimi bir neçə dəfə problem baş verib: ?Mətbuatdan da izləyirsiniz ki, Mahmud Həmzəyev korpus komandirləri arasında ən çox tənqid olunanıdır. Hətta o, bir neçə dəfə bəzi qəzetləri məhkəməyə də vermişdi. Sözügedən korpusun tabeliyində olan hərbi hissələrin cəbhə xəttində yerləşməsi, bu hissələrdə əsgər ölümləri və ?dedovşina? hallarının çoxluğu da generalın hədəfə çevrilməsinə səbəb olub. Bundan əlavə, Həmzəyevin hərbi fəaliyyətdən kənar işlərinin də olması onunla bağlı narazılıqları artırıb. Xatırlayırsınızsa, mətbuatda onun şəxsi fermasının olması və burada əsgərlərin xidmətindən qanunsuz istifadə edilməsi kimi məsələlərlə bağlı yazılar da dərc olunmuşdu. Əslində korpus komandiri ilə bağlı Müdafiə Nazirliyində narazılıq çoxdan var idi. Amma Həmzəyevin vəzifədən kənarlaşdırılması üçün daha ciddi arqumentlər lazım olduğundan, ordu rəhbərliyi qəti addımlar ata bilmirdi. Artıq lazım olan əsaslar tapılıb?. Məlumatlı şəxs bildirib ki, Həmzəyevin fəaliyyətinin araşdırılmasına 5-6 ay bundan öncə başlanılıb. Hətta bəzi qəzetlərdə də məlumat verildi ki, bir neçə ay öncə Milli Təhlükəsizlik Nazirliyi onun fəaliyyətinin araşdırılması ilə bağlı tədbirlər həyata keçirib: ?O vaxt həm Həmzəyevin özündən, həm də bir neçə zabitdən izahat da alınmışdı, amma araşdırmanın hansı məqsədlə aparıldığı gizli saxlanıldı. Məndə olan məlumata görə, hazırda generalla bağlı daha ciddi addım atmaq istəyirlər. Hətta onun həbs olunacağı ilə bağlı ehtimallar da var. Hər halda hələlik araşdırma aparılır, bunun nə ilə nəticələnəcəyi yaxın günlərdə bəlli olacaq?. Məsəlyələ bağlı M.Həmzəyevin mövqeyini öyrənə bilmədik. Amma Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Səfər Əbiyevin son kadr islahatlarının hər hansı bir neqativ fəaliyyətlə bağlı olmadığını bildirib: ?Bu, ümumi işin faydası üçün atılan addımlardır. Təcrübədə bunun müsbət nəticələrini görürük. Kadr dəyişiklikləri hər zaman həyata keçirilə bilər. Ona görə də bunu müxtəlif məsələlərlə əlaqələndirmək düzgün olmaz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA