Prezident ilham Əliyev Neft Dazlarına gedib

img

05-11-2009 [04:35]


Neft Daşlarının 60 illik yubileyi münasibətilə noyabrın 5-də dünyanın səkkizinci möcüzəsi adlandırılan dəniz şəhərində yubiley mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak etmək üçün Neft Daşlarında olub. Dövlət başçısı burada əvvəlcə mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyevin muzeyi ilə tanış olub. Daha sonra İlham Əliyev neftçilərin istirahət parkının və qaz-kompressor stansiyasının açılışında iştirak edib. Dövlət başçısı dəniz neftçilərini yubiley münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb, təltif olunan neftçilərə orden və medallar təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA