?Mənim iddiam əsasında məhkəmə keçirilir, amma məni prosesə çağırmırlar?

img

05-11-2009 [04:30]


?6 noyabrda 1 saylı Yerli İqtisad Məhkəməsində hakim Qurban Abbasovun sədrliyi ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qaldırdığım iddia ilə bağlı məhkəmə prosesi keçiriləcək?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova məlumat verib. Onun sözlərinə görə, sabahkı məhkəmə ilə bağlı ona məhkəmə tərəfindən heç bir məlumat göndərilməyib: ?Maraqlıdır, mənim iddiam əsasında məhkəmə keçirilir, amma məni prosesə çağırmırlar. Sabahkı məhkəmə ilə bağlı nə evimə, nə də ofisimə bildiriş göndərilməyib. Ona görə də sabahkı məhkəmə prosesində iştirak etməyəcəm?. E.Orucova onu da bildirib ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin sədri Müseyib Hüseynova hakim Qurban Abbasovdan etdiyi şikayət də qəbul olunmayıb: ?23 oktyabr 2009-cu ildə qərardat verilib ki, mənim etirazım qəbul edilməsin. Səbəb kimi isə guya mənim etirazımın əsassız olması göstərilir. Bununla bir daha əmin oldum ki, ölkədə məhkəmə hakimiyyəti müstəqil deyil. Bu məsələ iki və ya üç il də çəksə, inadımdan geri çəkilməyəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA