Təhsil Şöbəsi təhsil nazirinin göstərizinə əməl etmək istəmir

img

05-11-2009 [04:13]


Azad İstehlakçılar Birliyinin (AİB) kənd bələdiyyələri ilə bağlı həyata keçirdiyi layihə növbəti dəfə problemlə üzləşib. AİB sədri Eyyub Hüseynov Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən ?Bələdiyyələrin sosial və ekoloji imkanlarının artırılması? layihəsi çərçivəsində Neftçala və Salyan rayonlarına səfər edib: ?Səfərdə məqsəd həmin rayonların hər birində - 4 məktəbdə istehlakçı biliklərinin əsaslarına dair treninqlər keçirmək və ölkə Prezidentinin 24 iyun 2009-cu il tarixli fərmanını təbliğ etmək mərhələsini həyata keçirmək idi. Bununla təhsil naziri Misir Mərdanovun rəsmi icazəsi də var. Təəssüflər olsun ki, Salyan rayonunda buna problem yarandı. Belə ki, məktəblərdən birində treninq keçildikdən sonra rayon Təhsil Şöbəsindən xəbər gəldi ki, treninqlər dayandırılsın. Noyabrın 3-də bütün gün ərzində bu problemi aradan qaldırmağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Bu gün rəsmi şəkildə təhsil nazirinə məktubla müraciət edəcəyik. Bu günədək bu iş müəmmalı qalıb. Amma Sabirabad, Saatlı, Hacıqabul və Neftçala rayonlarında bu iş yüksək səviyyədə həyata keçirilir?. E.Hüseynov deyib ki, Salyandakı vəziyyətlə əlaqədar Azərbaycanın nüfuzunu aşağı salmamaq naminə hələki Avropa Komissiyasına müraciət etmək fikirləri yoxdur: ?Nə Salyan rayon Təhsil Şöbəsi, nə də İcra Hakimiyyəti məsələyə aydınlıq gətirmək istəmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA