?Donuz qripi?nə yoluxmuz xəstənin səhhətində müsbətə doğru irəliləyiz var

img

05-11-2009 [04:07]


?Donuz qripi?nə qarşı vaksin ölkəmizə noyabrın 15-dən sonra gətiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov məlumat verib. Onun sözlərinə görə, ölkənin bütün klinika və apteklərində virusdan qorunmaq üçün kifayət qədər ilkin preparat mövcuddur: ?Bölgələrdə də kifayət qədər preparat var. Əhali arasında yetərli maarifləndirmə işləri aparılıb. Hesab edirik ki, narahatlığa əsas yoxdur?. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, A/H1N1 virusuna yoluxmuş Kürdəmir rayon sakini hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ciddi rejimdə müalicə olunur. Xəstənin vəziyyəti kafidir. Xəstədə müsbətə doğru irəliləyişlər müşahidə olunmaqdadır. Xəstənin nə nə zaman sağalacağına gəlincə, deyiblər ki, bu, xəstənin immunitetindən asılıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA