Sumqayıtda iki qardazı 30 min manat üstündə qətlə yetiriblər

img

04-11-2009 [05:28]


Bu gün Sumqayıtda ağır qətl hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Lerik rayon sakini 55 yaşlı Ağamir İbrahimov münaqişə zəminində şərik işlədiyi iki qardaşı - 43 yaşlı Hamlet və 42 yaşlı İlham Məmmədovu qətlə yetirib. Verilən məlumata görə, hadisə şəriklər arasında 30 min manat borc üstündə yaranmış münaqişə nəticəsində baş verib. Belə ki, o, bu gün qardaşların olduğu 45-ci məhəllədə yerləşən atelyeyə gələrək hər iki qardaşı bıçaqlayaraq qətlə yetirib. A.İbrahimov qətli törədəndə sonrs hadisə yerindən qaçıb. Bu səbəbdən də hələ də onu saxlamaq mümkün olmayıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha artıq şəxsi qəsdənöldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.İbrahimovun tutululması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA