Bələdiyyə seçkilərində 11 043 nəfərin namizədliyi qeydə alınmızdır

img

04-11-2009 [05:15]


Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə kimi 1718 bələdiyyə üzrə 29 758 nəfərin namizədliyi təsdiq edilib. Namizədliyi təsdiqlənmiş şəxslərin 28 805 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 20 120 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 14 979 bələdiyyə üzrə 11 043 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 6196 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 2484-ü qadınlardır. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 8623 nəfəri bitərəfləri, digərləri isə 31 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA