Noyabrın 16-dan ?quz qripi?nin monitorinqi bazlayır

img

04-11-2009 [04:11]


Hazırda ölkədə qaban ovuna məhdudiyyətlər qoyulub, quş ovu isə ümumiyyətlə, qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, quş ovuna qoyulan qadağa hələ də qüvvədədir: ?Təbiətin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Deportamentinin 4 iyun 2009-cu il tarixli əmrinə əsasən 6 iyun 2009-cu il tarixindən etibarən ölkədə ov mövsümü açıq elan edilib. Bütün vətəndaşların nəzərinə çatdırırıq ki, hazırda ov mövsümü yalnız məməli heyvanlar üçün açıqdır?. İ.İbrahimova deyib ki, 13 sentyabr-28 dekabr 2009-cu il müddətində qabanın, yəni çöl donuzunun bir baş olmaqla ovlanması 3 nəfərdən az olmayan ovçu qrupuna icazə verilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, noyabr ayının 16-dan etibarən ölkə ərazisində ?quş qripi?nə qarşı monitorinqlərə start veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA