Bakıda rabitə nazirlərinin toplantısı keçirildi

img

04-11-2009 [03:59]


Bu gün ?Hyatt-Regency? otelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları nazirlərinin toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi səfir Leonidas Krisansopoulos, Gürcüstan, Moldova, Rusiya, Ukrayna, İngiltərə, Türkiyə, Yunanıstan, Bolqarıstanın Rabitə və İnformasiya Texnologiyaları nazirləri iştirak ediblər. Tədbirdə çıxış edən Ə. Abbasov bildirib ki, bu əlaqələrin çoxşaxəli olması rabitə və informasiya üçün çox uğurlu gələcək deməkdir: ?Artıq bu sərgilərin rəmzinə çevrilmiş və bu il öz yubileyini qeyd edən ?BakuTel? 15-ci Azərbaycan Beynəlxalq Sərgisi, 15 il ərzində dünyanın 26 ölkəsindən 800-dən çox şirkəti öz meydançasında qəbul edib. Bu ilki sərgi dünyanın 16 ölkəsindən 112 şirkəti təqdim edib. Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlər böyük fəallıq nümayiş etdiriblər. Belə ki, bu il həmin şirkətlər sərgidəki ümumi iştirakçıların 55 faizini, ?BakuTel? sərgisinin debütant şirkətləri isə sərginin 40 faizini təşkil edib. Bununla da sərginin daimi iştirakçıları olan Azərbaycanın mobil operatorları olan ?Azercell Telekom?, ?Azerfon?, ?Bakcell? şirkətləri iştirak edirdilər?. Nazir deyib ki, sərginin inkişafında və ona yeni təkanın verilməsində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi rolunun olması hamıya bəllidir: ?Biz həmişə belə sərgilərin təşkilinə böyük önəm veririk. Əminəm ki, bu gün keçirilən tədbir Azərbaycanın rabitə və texnologiyalar dünyasına yeniliklər gətirəcək?. Sonda tədbir jurnalistlərin iştirakı olmadan - qapalı şəraitdə davam etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA