Nəqliyyat müfəttizləri tərəfindən döyüləndən sonra həbs olunan sürücü azadlığa buraxıldı

img

04-11-2009 [03:21]


Bakı-Xaçmaz yolunun Dəvəçi ərazisində Nəqliyyat Nazirliyi müfəttişləri tərəfindən döyülən sürücü Mehman Əmirquliyev 3 il şərti həbs cəzasıyla azadlığa buraxılıb. Müstəqil İnformasiya Agentliyinə məlumat verən M.Əmirquliyevin hüquqlarını müdafiə edən Vidadi İsgəndərovun sözlərinə görə, bu gün Dəvəçi rayon Məhkəməsində keçirilən prosesdə hakim Teymur Qurbanovun hökmü belə olub. V.İsgəndərov onu da bildirib ki, hakimin çıxardığıqərar əsıssızdır: ?Mehman heç bir cinayət törətməyib. Ona verilən 3 il şərti cəza da artıqdır. Bu səbəbdən də Dəaəçi rayon Məhkəməsinin qərarından Apellyasiya şikayəti verəcəyik. Bu məsələdə Avropa Məhkəməsinə qədər gedəcəyik. Çalışacağıq ki, onun günahsız olduğunu sübuta yetirək və onu döyən nəqliyyat işçilərinin məsuliyyətə cəlb olunmasına nail olaq?. Xatırladaq ki, Mehman Əmirquliyev bu il avqustun 10-da Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində müfəttişlərdən birini döyməkdə ittiham olunurdu. Onun özü isə əksinə, müfəttişlər tərəfindən döyüldüyünü bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA