Metroda qiymət artımından sonra sərnizinlərin sayı 10-12 faiz azalıb

img

04-11-2009 [02:24]


Metroda gediş haqlarının artırılmasından sonra sərnişinlərin sayı azalıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva Müstəqil İnformasiya Agentliyinə bildirib ki, gediş haqqının artımından sonra sərnişinlərin sayında azalmalar var: ?Oktyabrın əvvəllərində bu azalmanı daha çox hiss edirdik. İlk vaxtlarda səçrnişinlərin sayı təxminən 50-60 min azalmışdı. Sonradan isə sərnişinlərin sayı tədricən armağa başladı?. Qurumun baş mühəndisi Etibar İsayev də qiymət artımın sərnişin azalmasına səbəb olduğunu təsdiqləyir. E.İsayevin sözlərinə görə, hazırda metrodan istifadə edən sərnişinləri sayı sentyabrla müqayisədə 10-12 faiz azdır. Vətəndaşların karta gediş haqqı yükləyərkən qalıq pullarının onlara qaytarılması məsələsinə gəldikdə isə E.İsayev bu problemin artıq aradan qaldırıldığını vurğulayıb: ?Ödəmə terminalları yeni qiymətlərə uyğunlaşdırılmadığından ilk günlərdə müəyyən problemlər oldu. Həmin vaxt vətəndaşlar gediş haqqı yüklədikdən sonra çek götürərək qalıq pullarını kassalardan ala bilərdilər. Qısa müddət sonra isə ödəmə terminallarının proqramına dəyişiklik edildi. Hazırda vətəndaşın qalıq pulları kartın yaddaşında qalır. Növbəti ödəmə zamanı həmin puldan istifadə edə bilərlər. Orada 15 qəpik yığıldıqdan sonra 1 gediş də yüklənilə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA