Ticarət müəssisələrində yoxlamalar bazlayır

img

04-11-2009 [01:35]


İctimai iaşə müəssisələrində aparılan monitorinqlər bu həftə yekunlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, monitorinqlər mütəmadi olaraq aparılır: ?Bir aydır ki, monitorinqlər gücləndirilmiş rejimdə davam etdirilir. İndiyədək 16-dan yuxarı müəssisənin fəaliyyəti dayandırılıb, 200-dən çox müəssisə rəhbərliyi inzibati qaydada cərimələnib?. İ.Abdullayev deyib ki, hazırda müxtəlif ərzaq məhsullarının laborator tədqiqatları aparılır: ?Bundan sonra isə eyni tipli monitorinqlərin ticarət müəssisələrində aparılacağı planlaşdırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA