"Donuz qripi" Azərbaycanda

img

04-11-2009 [01:29]


Dünyanı cənginə alan "Donuz qripi" Azərbaycanda da qeydə alınıb. Səhiyyə Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumaya görə, sözügedən xəstəlik Ukraynada müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycana gələn qadında aşkarlanıb. Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib ki, qadın qripin əlamətləri ilə xəstəxanaya müraciət edib və laborator analizlərin nəticəsi bu gecə məlum olub. Sözügedən xəstə hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə edilir. Xəstənin yaxınları da həkim nəzarətinə götürülüblər. Xatırladaq ki, bu ilin iyul ayında Azərbaycanda iki nəfər ?A H1N1? virusu aşkarlanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA