DAK-ın Ukrayna nümayəndəliyi qeydiyyata alındı

img

04-11-2009 [12:34]


Ukrayna Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyinin müraciətini müsbət cavablandırıb. Müstəqil İnofrmasiya Agentliyinin xəbərinə görə, nazirlikdən bütün sənədlərin qaydasında olduğunu bildirərək, konqresin yerli şöbəsini qeydiyyata alınması barədə qərar verib. Xatırladaq ki, bu il mayın 16-da Ukraynanın paytaxtı Kiyev şəhərində DAK-ın Ukrayna nümayəndəliyinin təsis konfransı keçirilib. "Opel" otelində baş tutan yığıncağa DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin üzvləri - Rəhman Abbasov, Tahir Hacıyev, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov, Ukrayna prezidenti Viktor Yuşenkonun qardaşı, Ali Radanın üzvü Petro Andreyeviç Yuşenko, Ukraynanın tanınmış şairi İvan Dreç, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan-Ukrayna Qadınlar Birliyinin rəhbərliyi, Ukrayna-Türkiyə İş adamları Birliyinin nümayəndələri, GUAM Jurnalistlər Birliyinin təmsilçiləri, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalılar, Ukraynanın müxtəlif dövlət orqanlarında çalışan soydaşlarımız, Vilayət Məclislərinin üzvləri olan azərbaycanlılar, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və s. qatılıblar. Konfransın yekununda Ukraynada yaşayan və fəaliyyət göstərən soydaşımız Möhlət Yolçu oğlu Hüseynov yekdilliklə DAK-ın Ukrayna nümayəndəliyinin sədri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA