Azərbaycan Tələbələr Birliyi Gənclər və idman Nazirliyinin dəstəyi ilə beynəlxalq konfransda iztirak edəcək

img

04-11-2009 [11:47]


Azərbaycan Tələbələr Birliyi Tələbələr üçün Beynəlxalq Texniki Təcrübə Mübadiləsi Assosasiyasının təskil edəcəyi beynəlxalq konfransda təmsil olunacaq. Forumda ATB-ni Birliyin Baş katibi Vüqar Rüstəmli təmsil edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərdə əsas məqsəd İAESTE-nin Asiya üzvlərinin ümumi problemlərini regional səviyyədə müzakirə etmək və gələcəkdə Asiya ölkələri arasında olan mübadiləni daha da inkişaf etdirməkdir. Forumda həmçinin, Azərbaycanın gələcəkdə İAESTE-də təmsil olunması da müzakirə ediləcək. IAESTE (The International Association for the Exchange of Students for Technical Experience) təşkilatı akademik qurum, müəssisə və tələbələrin maraqlarını təmsil edən Milli Komitələrin Assosiasiyasıdır. Özündə 83 ölkənin nümayəndiliyini təşkil edən təşkilat 1948-ci ildə İngiltərədə 10 ölkə tərəfindən yaradılmışdır. Təşkilata üzv ölkələrə misal olaraq Amerika ölkələrini, Avropa, Afrika, Asiya ölkələrini misal göstərmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA