Prezident zahmat üzrə Avropa çempionatının qaliblərini qəbul edib

img

03-11-2009 [07:01]


Bu gün prezident İlham Əliyev Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Prezident şahmat üzrə milli komandamızın Avropa çempionu olmasını tarixi qələbə kimi səciyyələndirmiş və bu münasibətlə komandanın üzvlərini təbrik edib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bu qələbəni Azərbaycanda gedən inkişaf prosesinin məntiqi nəticəsi kimi dəyərləndirib. Komandanın kapitanı Zurab Azmayparaşvili Azərbaycan idmançılarının qələbəsi münasibətilə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlumjinovun təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib. Komandanın üzvü Vüqar Həşimov bundan sonrakı yarışlarda da yüksək nəticələr göstərəcəklərinə söz verib. Şahmatçıları möhtəşəm qələbə münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA