Ötən ay 12 milyon manat məbləğində ipoteka krediti verilib

img

03-11-2009 [06:06]


Ölkədə ipoteka kreditləşməsi bərpa olunandan 1400 nəfərə ümumi həcmi 59 milyon manat təşkil edən ipoteka krediti verilib. Azərbaycan İpoteka Fondunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2009-cu ilin oktyabr ayında 12 milyon manat məbləğində ipoteka krediti verilib, 300-ə yaxın ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb. Beləliklə, 2006-cı ilin martından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 milyon manatı keçib. Nəticədə 3400-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA