Tahir Abbaslı: ?Hökumət azanla əlaqədar bazlanan kampaniyanı təcili dayandırmalıdır?

img

03-11-2009 [06:02]


Son günlər məscidlərdə azan verilməsi ilə bağlı yaranmış vəziyyət dindarları narahat etməyə başlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı bildirib ki, azan dinimizin başlanğıc və qurtaracaq sərhəddidir: ?Bu sərhədin götürülməsini dinimizin olmaması kimi dəyərləndirməliyik?. Azan verilməsinə qoyulan məhdudiyyətləri AİDP sədri ölkəmizin yavaş-yavaş müsüləman dünyasından qopması kimi dəyərləndirir: ?Bir halda ki, özümüz məscidlərimizi bağlayırıqsa, sökürüksə, azana məhdudiyyət tətbiq ediriksə işğal altında olan məscidləri uçuran ermənilərə nə deyək? Amerka alimləri azan səsini eşitməkdən ötəri aya gəmi göndərir, biz isə azan səsinə məhudiyyət qoyuruq?. Helə bir qadağanın hələ 2007-ci ildə də baş verdiyini deyən AİDP sədrinin sözlərinə görə, o vaxt bu proses ciddi müqavimət nəticəsində dayandırılıb: ?Gözləmək olardı ki, ölkəmizdə bir daha azan verilməsinə qarşı qadağa qoyulmayacaq. Amma təssüf ki, belə bir hal baş verdi. Qəribədir ki, həm 2007-ci ildə, həm də indii bu məhudiyyətlərin kimin tərəfindən qoyulması qaranlıq qalıb. Bəziləri məmurları işarə verir, bəziləri Dini qurumlara İş üzrə Dövlət komitəsini. Bütün hallarda mən hesab edirəm ki, bunun arxasında hakimiyyət durur. Görünür azan səsi dövlət siysətinə mane olur. Yaxşı ki, QMİ-i bu məsələyə tez münasibət bildirərək öz mövqeyinin bir mənalı olduğunu sərgilədi. Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hələ də nala-mixa vurmaqla xalqın ruhu və səbri üzərində gəzişmələr edir?. Azan səsinin zərərli olması ilə bağlı təbliğat aparldığını deyən T.Abbaslı qeyd etdi ki, özləri məhkum olduqları ağır cinayətə bütövlükdə xalqı da cəlb etmək istəyirlər. Bu adamlar azan səsinin insanlar üçün nə qədər əhəmiyyətli və vacib olduğuna varmırlar. Bəlkə onlar istəmirlər ki, vətandaşlarımız gündə 3 dəfə sahiblərinin Allah olduğunu yadlarına salsınlar?? AİDP sədri ümid edir ki, xalqımız Türkiyə bayraqlarını yerinə asdığı kimi, azan səsini kəsmək istəyənləri də yerində otuzduracaq: ?Hesab edirəm ki, hökumət azan səsi ilə əlaqədar başlanan kampaniyanı təcili dayandırmalıdır. Çünki azanda Allah böyükdür çağrışı var. Cəmiyyətimizin saflaşması və sağlamlaşması Allahı tanınma yolundan keçir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA