Ramil Usubov Türkiyənin Quru Qozunları Komandanı, ordu generalı izık Kozanerini qəbul edib

img

03-11-2009 [03:15]


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyənin Quru Qoşunları Komandanı, ordu generalı İşık Koşanerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qonaqları salamlayan nazir son illər iki ölkənin silahlı qüvvələri, daxili işlər orqanları, həmçinin, Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini deyib. Nazir, həmçinin əməkdaşlığın geniş yayılmış formalarından səmərəli şəkildə istifadə edildiyini, bu istiqamətdə kadr hazırlığına böyük önəm verildiyini qeyd edib. R. Usubov Türkiyə Quru Qoşunları Komandanının Azərbaycana səfərinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları ilə əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib. Türkiyə Quru Qoşunları Komandanı, Ordu generalı İşık Koşaner Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Silahlı Qüvvələrinin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəklərini, qarşılıqlı əlaqələrin və əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA