Yeni dini icmalar bir iki günə DQiDK tərəfindən qeydiyyata alınacaq

img

03-11-2009 [01:23]


Bir neçə günə bəzi dini icmaların qeydiyyat məsələsi həll olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş şöbəsinin müdiri Gündüz İsmayılov məlumat verib. Onun sözlərinə görə, vaxtın az qalmasına baxmayaraq, hələ də qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etməyən dini icmalar var: ?Onların sayı kifayət qədərdir. Amma güman edirəm ki, bu məsələ mərhələlərlə həll ediləcək. Əlimizdə kifayət qədər sənəd var. Sənədlərini hələ də təqdim etməyənlər arasında islam təmayüllü olanlar üstünlük təşkil edir. Çalışacağıq ki, yanvar ayına qədər həmin icmalar da səndələrini hazır etsinlər?. Şöbə müdiri deyib ki, dini icmalara verilən vaxt uzaldılmayacaq: ?Bir-iki günə yeni icmalar qeydiyyatdan keçəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA