Oqtay Şirəliyev: "Vaksinlər ilk olaraq Azərbaycana göndəriləcək"

img

03-11-2009 [12:55]


Ümumdünya Səhiyyə Təşkilatı ?donuz qripi? kimi tanınan ?A H1N1? virusuna qarşı mübarizədə yalnız üç ölkənin vaksinlərindən istifadəyə icazə verib. Səhiyyə naziri Oqtay Şirəliyevin ANS-ə verdiyi məlumata görə, bunlar Amerika Birləşmiş Ştatları, Çin, Fransa və ya İsveçrə olacaq. Bu ölkələrin istehsal etdikləri vaksinlər spesifik olaraq ?A H1N1? virusuna qarşı olacaq. ?Digər vaksinlər isə müəyyən qrip ştamplarına qarşıdırlar. Onların donuz qripinə spesifik təsiri yoxdur?. Nazir vaksinlərin ilk veriləcəyi ölkənin Azərbaycan olacağını da bildirib. Onun sözlərinə görə, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının yığıncağı olub. Orada vaksinlərin paylanması barədə qərar qəbul edilib. Qeyd edək ki, vaksinlərin Bakıya noyabr ayının ortalarında gətirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA