Gənclər üçün Təhsil Mərkəzi Bələdiyyələrlə bağlı müsabiqə elan edib

img

03-11-2009 [12:52]


Gənclər üçün Təhsil Mərkəzi ötən aydan reallaşdırmağa başladığı ?Bələdiyyələrə dəstək, özümüzə kömək? proqramı çərçivəsində ?Bələdiyyələr gənclərin gözü ilə? məqalə müsabiqəsini elan edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır. Dekabr ayının 1-dək qəbul ediləcək məqalələr aşağıdakı mövzulara həsr olunub: ? Bələdiyyə və gənclər əməkdaşlığı; ? Bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi; ? Gənclər və bələdiyyə seçkiləri; ? Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları; ? Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu; ? Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri. Yalnız gənclər tərəfindən hazırlanması əsas şərt kimi qoyulan müsabiqənin nəticələri yaradılacaq xüsusi ekspert qrupu tərəfindən dəyərləndiriləcək və qalib gəlmiş 3 nəfərə xüsusi mükafatlar təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA