Gənclər ili ilə bağlı MDB gəncləri Bakıda toplanır

img

03-11-2009 [12:49]


MDB Hökumət Başçıları Şurasının qərarına əsasən 2009 cu il MDB-də Gənclər ili elan edilib. Gənclər ili ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən 4-7 noyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikasında MDB Gəncləri Günləri keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək MDB Gəncləri Günlərində MDB iştirakçı dövlətlərindən ümumilikdə 120-dən çox gəncin tədbirdə iştirak edəcəyi gözlənilir. 2 gün davam edəcək tədbirin proqramına dəyirmi masa, gənc rəssam və fotoqrafların əsərlərindən ibarət sərgi, yaradıcı gənclərin iştirakı ilə konsert daxildir. Dəyirmi masada MDB iştirakçı dövlətlərinin gənclər siyasəti ilə məşğul olan dövlət orqanları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də bu ölkələrin fəal gəncləri ?MDB iştirakçı dövlətlərinin gənclər siyasəti: nailiyyətlər, problemlər və perspektivlər? mövzusunda müzakirələr və təcrübə mübadiləsi aparacaqlar. Proqrama əsasən MDB iştirakçı dövlətlərinin gənc rəssam və fotoqraflarının əsərlərindən ibarət sərginin açılışı da nəzərdə tutulub. Sərgidə hər bir ölkənin ?foto? və ?rəngkarlıq? janrlarında təqdim etdiyi 100-dək əsər nümayiş etdiriləcək. Paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də keçiriləcək tədbirdə hər bir xalqın milli mətbəx mədəniyyətilə daha yaxından tanışlıq məqsədi ilə, ?Milli mətbəx axşamı? adlı tədbirin keçirilməsi də planlaşdırılıb. Bunlarla yanaşı MDB iştirakçı dövlətlərin Gəncləri Günləri ərəfəsində qonaqlar Bakı və Sumqayıt şəhərlərində Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olacaq, eləcə də bir sıra ali təhsil müəssisələrində görüşlər keçirəcəklər. Tədbirin proqramı: 1. 5 noyabr saat.10.00-Fəxri və Şəhidlər Xiyabanı 2. 11.30-13.30- Dəyirmi Masa (İdarəçilik Akademiyası) 3. 13.30- 15.00-Gənclər və İdman Nazirliyində görüş

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA