Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi bazlayıb

img

03-11-2009 [12:40]


Bu gün Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsinə start verilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirələrdə parlamentin 5 komitəsi iştirak edir. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanun layihəsinə dair izahat verib. Nazir bildirib ki, büdcə layihəsi ölkənin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə, 2010-cu il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəriciləri əsasında tərtib olunub. Qeyd edək ki, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanun layihəsi Milli Məclisin n oyabrın 10, 11, 12 və 13-də keçiriləcək plenar iclasında çıxarılacaq. 2010-cu ilin dövlət büdcəsi zərfində gəlirlər 10 milyard 15 milyon manat, xərclər isə 11 milyard 264 milyon manat proqnozlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA