Səbail rayonunda islam dəyərlərinin uzaqlara düzgün azılanması ilə bağlı tədbir keçirilib

img

02-11-2009 [06:27]


Səbail rayonu, Badamdar qəsəbəsindəki T.Məmmədov adına 239 saylı orta məktəbdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ?Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlərin yayılmasının qarşısının alınması və İslam dəyərlərinin uşaqlara düzgün aşılanması? mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İçəri şəhər ?Jümə məscidi? dini icmasının Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələrinin və Badamdar qsəbəsindəki 236 və 239 saylı orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açaraq mövzu ilə bağlı məlumat vermiş, tədbirə dəvət olunmuş qonaqları təqdim etmişdir. Şagirdlər qarşısında çıxış edən İçəri şəhər ?Jümə məscidi? dini icmasının sədri hacı Surxay Məmmədli islamın dəyərləri barədə məlumat verərək bu dini ən humanist din adlandırmışdır. O, qeyd etmişdir ki, vətənə, valideynə sevgi imandandır, Vətəni sevmədən islam dinini sevmək olmaz. İslamda deyilmişdir ki, hər bir şəxs ona bir hərf öyrədənə səcdə ilə yanaşmalıdır. Bizə tədris keçən müəllimlərimizin fədakar əməyi hər cür sitayişə layiqdir. Hacı Surxay Məmmədli müqəddəs ?Qurani Kərimdə? əxlaqla bağlı məsələlərə daha çox yer ayrıldığını bildirdi: Əxlaqın başında duran ən böyük məziyətlərdən biri elə islamın özüdür. İslam dinində gözəl və düzgün əxlaqı tərənnüm edən hadisələrdən nümunələr sadalayan natiq islamın xurafat, mövhumat dini olmadığını bildirdi, yeniyetməlirin təlim-tərbiyə işlərində İslam dəyərlərinin uşaqlara düzgün aşılanması vacibliyini vurğuladı. İslam dininin elmə əsaslandığını vurğulayan Hacı Kamran Əkbərov hələ qədimdən hər bir məscidin yanında elm ocaqlarının, mədrəsələrin olmasının vacibliyindən danışaraq gənclərin qeyri-ənənəvi, mürtəce cərəyanla cəlb olunmasının qarşısının alınması kimi onlar arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulamışdır. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahangir Əlifzadə 90-cı ilin əvvəllərində olkədəki qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümyəndələrinin müxtəlif din və cərəyanları yaymağa başladıqlarını bildirmişdir. Bunlar arasında vəhhabilik, xaricilik, nurçuluq, süleymanlıq, nəqşibəndlik və s. islam yönümlü, həmçinin xristyan-protestant yönümlü adventizm, ?Yehovanın Şahidləri?, müstəqil dinlər kimi fəaliyyət göstərən krişnaizm, sankretist dinlər olan bəhailik, munçuluq, ibrahimlik vardır. J.Əlifzadə bu dinlərin mahiyyəti və zərərli xüsusiyyətləri barədə ərraflı məlumat verimişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova orta məktəb şagirdləri arasında islam dininin düzgün aşalanmasının mühüm əhəmiyyət kəsb etdiyini, yeniyetmə və gənclərimizin qeyri-ənənəvi, radikal-mürtəce cərəyanlara cəlb olunmasının qarşısının alınması üçün izahetmə və təbliğat məsələlərinin vacibliyini qeyd etmişdir. Tədbirdə çıxış edənlər mövzu ilə bağlı şagirdləri maraqlandıran çoxsaylı suallara cavab vermişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA