Sahibkarlara məhkəmə proseslərində təzyiqlərin edilməsi ilə bağlı dəyirmi masa keçirilib

img

02-11-2009 [06:05]


Bu gün Media Mərkəzində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşəbbüsü ilə ölkədə sahibkarlarına məhkəmə proseslərində təzyiqlərin edilməsi ilə bağlı dəyirmi masa təşkil edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov Azərbaycanda ədalətli qərarlar çıxaran məhkəmələrin az olduğunu bildirib. Onun sözlərinə görə, hələki qanunun aliliyi haqqında danışmaq hələ tezdir: ?Bütün bunların nəticəsində də sahibkarlıq mühiti pisləşir, eyni zamanda ədalətsiz qərarların artımı da sahibkarlar da inamsızlıq yaradır. Ölkə başçısının 28.09.2002 tarixli 790 saylı fərmanı ilə müvafiq dövlət təşkilatlarına ciddi tövsiyyələrin verilməsinə baxmayaraq, iş adamlarının dediyinə görə, məhkəməni hələ də qanunçuluq deyil, güc qazanır. Bütün bu problemlərin qarşısının qismən də olsa alınmasına görə iki təklif hazırlamışıq: 1. Sahibkarlıq fəaliyyəti sahəsinə dair işlərin baxılması üçün andlılar məhkəmələri tətbiq edilsin; 2. Ali Məhkəmə, İqtisadi İnkişaf Nazirliyi və sahibkarların ictimai birliklərindən ibarət komissiya təşkil edilərək, sahibkarların şikayətinə görə açılan məhkəmələrdə monitorinq aparılsın?. Sahibkar İlham Əsgərovun sözlərinə görə, məhkəmələrin ədalətsiz qərarları onları həvəsdən salıb: ?Artıq bizim məhkəmələrdən ədalətli qərar gözləməyimiz sadəlövhlükdür. Dövlət strukturlarının sifarişi ilə fəaliyyət göstərən məhkəmələrdən hansı ədalətli qərar gözləmək olar? Açıq-aşkar süründürməçilik var?. Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhimovun qənaətinə görə, yerli məhkəmələrin ədalətsiz qərarlarının nəticəsidir ki, Avropa Şurasına şikayətlər daha da artır: ?İndiyə qədər bu sahə ilə məşğul olan QHT-lər hakimlərin 1 ildə sahibkarlıq fəaliyyətilə bağlı neçə işə baxdığını, nəticəsi nə olub və baş verən prosesləri ictimailəşdirilməsində məsuliyyətsizlik edib. Bu gün məhkəmələrin fəaliyyətinin pis olması Azərbaycanda iqtisadi və siyasi sferasını bərbad vəziyyətə sürükləyib. Sahibkarların öz sorğularını ictimaiyyətə çatdırmaqda problemlər yaradırlar. Apardığımız sorğulara görə, 618 sahibkarın 70 faizi bildirir ki, Azərbaycanda korrupsiyaya uğramış dövlət strukturu Vergilər Nazirliyidir. Ancaq sahibkarlar bunu açıq şəkildə deyə bilmirlər. Məmur özbaşınalığın olduğuna görə, heç bir sahibkar məhkəməyə müraciət etmir. Son 10 ildə sahibkarlar bu inamsızlığa görə, məhkəmələrə müraciət etməyiblər?. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirib ki, problemlərin kökü təkcə məhkəmə sistemi ilə bağlı deyil: ?Andlılar məhkəməsinin ölkəmizdə fəaliyyət göstərməsinə ümidim yoxdur. Kim təminat verə bilər ki, andlılar məhkəməsi ədalətli olacaq? Azərbaycanda hələ də mülkiyyət hüquqlarının spesifikası yoxdur. Ona görə də məhkəmələr bu gün sifarişlərlə hərəkət edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA