Azad Rəhimov: ?Gənclər ipotekaları əvvəlki zərtlərlə ala biləcəklər?

img

02-11-2009 [05:59]


?Gənclər onlara ayrılan ipotekaları əvvəlki şərtlərlə ala biləcəklər?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. ?Gənclərə ipotekanın ayrılması təkilifi ilə 2007-ci ildə Gənclər və İdman Nazirliyi çıxış edib. Nazirlik dəfələrlə qeyd edib ki, sosial ipoteka olmalıdır və bu gəncləri əhatə etməlidir?. A.Rəhimov, təklif əsasında Prezident tərəfindən xüsusi sərancam verildiyini və bundan sonra gənclərin də sosial ipotekadan yararlandığını söylədi. Onun fikrincə, 30 il müddətinə 4 faizlə 50 min manatadək kreditin verilməsi, ilkin ödənişin 0-dan 15 faizə qədər olması kimi şərtlər dünyanın heç bir ölkəsində yoxdur: ?Gənclər həmin şərtlərlə yenə də sosial ipoteka kreditləri ala biləcəklər. Sosial ipotekanın alınması üçün bir sıra sənədlərin sayı azalsa da, lazımi sənədlər mütləq təqdim olunmalıdır?,- o qeyd edib. Nazir bir müddət əvvəl təklif olunan gənclər şəhərciyinin salınması ilə bağlı məsələyə də münasibət bildirdi: ?Dəfələrlə demişəm ki, bu, Gənclər və İdman Nazirliyinin təklifi idi. Bu təklif tikinti təşkilatlarına ünvanlanmışdı. Və sösüz təklifin tərkibində şərtlər də var idi. Bizim təklimiz o demək deyil ki, torpaq sahəsi verilsin, kiməsə köməklik göstərilsin, ya da torpaq sahələri əhaliyə paylansın. Bizə lazım idi ki, evlərin 25-30 faizi gənclərə verilsin. Təəssüflər olsun ki, heç bir şirkət təklifimizi qəbul etməyib.Biz büdcəmizdə isə evlərin tikintisi nəzərdə tutulmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA