QAT Polad Bülbüloğlu və digərlərini antiazərbaycan siyasətində iztirak etməməyə çağırır

img

02-11-2009 [05:08]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın aktiv fəaliyyətə başlaması ilə bağlı bəyanat yayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, QAT üzvləri Rusiynın bu canfəşanlığından narahat olduqlarını bəyan ediblər: ?Son dövrdə Rusiyanın Qarabağ məsələsinin ?nizamlanması? ilə bağlı xüsusi canfəşanlıq etməsi Azərbaycan üçün yaxşı heç nə vəd etmir və ciddi narahatçılıq doğurur. Rusiyanın təşəbbüsü ilə atılan addımlar, o cümlədən deputatların, ekspertlərin, jurnalistlərin Moskvada görüşlərinin təşkil edilməsi Azərbaycanın təslimçi sülhə hazırlanmasına, güzəştlərə məcbur edilməsinə yönəlib. Biz bu istiqamətdə addım atmaq niyyətində olan mətbuat, elektron kütləvi informasiya vasitələri nümayəndələrinin hərəkətlərini ayrıca qeyd edir və qətiyyətlə pisləyirik. Xüsusi canfəşanlıq edən Polad Bülbüloğlunun da qarışıq mənşəli olması bu proseslərdə az rol oynamır. Biz bu şəxslərin hamısını bir daha düşünməyə, öz mövqelərindən geri çəkilməyə və antiazərbaycan siyasətində iştirak etməməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA