ilham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuz mərasimə qatılıb

img

02-11-2009 [03:29]


Bu gün Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxunub. Sonra prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı bu ali təhsil müəssisəsinin ölkəmizin həyatında oynadığı roldan danışmış, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb. Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirmişdir. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb. A.Məhərrəmov bildirib ki, universitetin Elmi Şurası Prezident İlham Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Dövlət başçısına fəxri doktorluq mantiyası təqdim olunub. Tədbirdə Moskva Dövlət Universitetinin, Türkiyənin Atatürk Universitetinin, Tbilisi Dövlət Universitetinin, Tehran Universitetinin və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorları çıxış edərək təbriklərini çatdırıblar. Mərasimdə Rusiya, Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrdən gəlmiş 40-dan çox alim, elm xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA