ETSN ekoloji tələbləri pozanları 22900 manat cərimələyib

img

02-11-2009 [01:26]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 19-25 oktyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti monitorinq keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 18 akt və protokol tərtib olunub. Ümumilikdə 12 iş üzrə 22900 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 6 iş üzrə 3741 manat məbləğində iddia qaldırılıb. Su ehtiyatlarının mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuş və 1 iş üzrə 3500 manat, yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuş və 7 iş üzrə 3800 manat, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 protokol tərtib olunub, faunanın mühafizəsi sahəsində 1 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində 10 akt və protokol tərtib olunmuş və 6 iş üzrə 3741 manat iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA