Şirələr üzərində monitorinqlərə start verilir

img

02-11-2009 [01:17]


Satışa çıxarılan şirələr son zamanlar insan sağlamlığı üçün təhlükəyə çevrilib. Artıq bu içkidən zəhərlənmə halları da qeydə alınıb. Elə bu səbəbdəndir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu məhsul üzərində monitorinqlərə başlayır. Mərkəzin şöbə müdiri İmran Abdullayevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, nəzərdə tutulub ki, dekabr ayının 1-dən, 14-nə kimi Bakı şəhərinin bazarlarında, idxal və yerli müəssisələrində istehsal olunan şirələr üzərində monitorinq aparılsın. Aparılacaq monitorinqlərin bütün şirələrə aid olacağı bildirilir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, şirələrin keyfiyyəti ilə bağlı həftədə 1-2 dəfə onlara telefonla müraciətlər olunur: ?Əhali bizdən şirələrin keyfiyyəti ilə bağlı araşdırmalar aparılmasını tələb edir. Əhalinin bununla bağlı iradları olsa da, hələ ki, heç bir tədbir görməmişik. İstəyirik ki, laboratoriyalar açılsın, amma dövlət orqanları həqiqəti gizlədirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA