Sabiq nazir isgəndər Həmidov oğluna toy edib

img

31-10-2009 [11:16]


Oktyabrın 31-də Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun kiçik oğlu Nofəl ailə həyatı qurub. Lent.az-ın məlumatına görə, Bakıdakı restoranlardan birində keçirilən toy mərasimində spirtli içki verilməyib. Mərasimdə 500 nəfərədək qonaq iştirak edib. Sabiq nazirin oğlunu təbrik edənlər arasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə, AMİP lideri Etibar Məmmədov, millət vəkili Pənah Hüseyn, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc və başqa siyasətçilər olub. Sabiq nazirin qudası Həcc ziyarəti zamanı tanış olduğu və sonradan dostlaşdığı bir şəxsdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA