Azanın səsləndirilməsinə yenidən qadağa qoyulur

img

31-10-2009 [09:45]


Bakıda azanın səsləndirilməsinə yenidən qadağa qoyulmasına səy göstərilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzindən (DEVAMM) xəbər verilib. Qurumun apardığı ilkin monitorinqin nəticələri göstərib ki, paytaxtın ən azı 3 mərkəzi məscidinə azanın səsləndirilməməsi ilə bağlı xəbərdarlıq edilib. DEVAMM sədri Hacı İlqar İbrahimoğlu deyib ki, ilkin araşdırmalar onu göstərir ki, şəhərin ən azı 3 məscidinə bununla bağlı məmurlar tərəfindən şifahi qadağa xarakterli xəbərdarlıqlar edilib. İ.İbrahimoğlunun sözlərinə görə, bu qadağa hələlik heç bir yazılı və rəsmi qaydada məscidlərə təqdim olunmayıb. Xatırladaq ki, 2007-ci ildə məmurlar tərəfindən irəli sürülən bu kimi qadağaların tətbiqinə cəhdlər edilsə də, dindarların və ictimaiyyətin qəti etirazlarından, ardınca isə ölkə rəhbərliyinin müdaxiləsindən sonra qadağanın icrası dayandırıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA