Müsavat bazqanı isa Qəmbər Türkiyədən qayıdıb

img

31-10-2009 [06:22]


Müsavat Partiyasının başqanı İsa Qəmbərin Türkiyəyə qısa müddətli səfəri başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Müsavat başqanının müavini Mehman Cavadoğlunun verdiyi məlumata görə, İ.Qəmbər artıq Bakıdadır. Müsavat başqanının Türkiyə səfərinin nəticələri ilə bağlı bazar ertəsi ətraflı məlumat veriləcəyi bildirilir. Qeyd edək ki, Müsavat başqanının Türkiyə səfərinin məqsədi son zamanlar regionda yaranmış yeni siyasi şərait və bunun ölkəmizdəki ictimai-siyasi duruma təsiri, Türkiyə-Azərbaycan münasibətlərinin qorunması və gücləndirilməsi zərurəti, Ermənistan-Azərbaycan konfliktinin həlli perspektivləri ilə bağlı müzakirələr aparmaq və Azərbaycandakı demokratik qüvvələrin mövqeyini Türkiyə xalqına çatdırmaq idi. Məlumat üçün onu da bildirək ki, İ.Qəmbər səfər ərəfəsində bir sıra görüşlər keçirib və Türkiyə telekanallarında çıxış edərək, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı fikirlərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA