TQDK tələbələrə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirib

img

31-10-2009 [03:45]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-cu il oktyabrın 31-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, imtahan Azərbaycan Beynəlxalq Universitetinin 7-ci korpusunda saat 11:00-da başlanmış və 1 saat müddətində aparılıb. Müsabiqədə iştirak etmək üçün 480 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 459 nəfəri test imtahanında iştirak edib. İmtahan başa çatdıqdan dərhal sonra TQDK tərəfindən cavab kartlarının emalı aparılıb. Nəticələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təqdim ediləcək . İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA