Orta məktəblərdə "Donuz qripi" ilə bağlı dezinfeksiya izləri bazlayıb

img

31-10-2009 [02:05]


Bakı, Sumqayıt, Gəncə məktəblərinin 50 faizində dezinfeksiya işlərinə start verilib. Dezinfeksiya ?donuz qripi?nə qarşı profilaktik tədbirlər çərçivəsində həyata keçirilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dezinfeksiya işləri bu gün və sabah aparılacaq. Bakı Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib ki, ?bu gün 5 günlük məktəblərdə dezinfeksiya işləri aparılıb, bu da Bakı məktəblərinin 50 faizini əhatə edir. Qalan 50 faizdə isə sabah həyata keçiriləcək?. Dezinfeksiya işlərini hər rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin sanitarları aparır. Noyabrın 2-də - bazar ertəsi məktəblərdə dərslər davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA